Alçalı bulaq Xocalı rayonunda, Kosalar kəndi yaxınlığında
yerləşir. Toponim alça bitkisinin adı ilə bağlıdır. Bulağın ətrafında çox sayda
alça ağacları olduğu üçün o, belə ad almışdır.
Xocalı
rayonu ərazisində qeydə alınan oroqrafik obyektlərdən biri də Alçalıq adlanır.
Oronim, həmin ərazidə bitən gülçiçəklilər fəsiləsindən olan çəyirdəkli, hündür
alça adlı meyvə ağacının adı ilə bağlıdır. Alça
bitkisi adı ilə respublikamızda aşağıdakı adları çəkilən toponimlər qeydə
alınmışdır: Alçalıdağ (Laçın və Xanlar rayonları), Alçalı dərə
(Qubadlı, Daşkəsən, Cəbrayıl rayonları), Alçalı kənd
(Kəlbəcər, Salyan rayonu), Alçalı kəz (Ağsu rayonu, Bico kəndi), Alçalı yaylaq (Abşeron
rayonu), Alçabulaq kəndi (Yardımlı rayonu) və s.
“Müqəddəs yurd: Xocalı” adlı kitabdan